Müğənni Manaf Ağayevin işğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərinə görə, barəsində 15 sutka həbs qərarı verildiyini xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli “Instagram” hesabında Manaf və onunla birgə saxlanılan iş adamı Sənan Hüseynovla bağlı paylaşım edib:
"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".
MÖVZU İLƏ BAĞLI:
Manaf Ağayevin Füzuliyə səfəri ilə bağlı yoxlama BAŞLADI - Polislər cəzalandırıla bilər
Qeyd ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb.
Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.
Bizim.Media