Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Hazırda oxunan: Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

606387

"Ruhəngiz Allahverdiyeva ilə heç vaxt ailəli olmamışıq. Soyadlarımız oxşar olub".

Bizim.Media xəbər verir ki, bunu Qaynarinfo.az-aaçıqlamasında müğənni Nadir Bayramlı soyadını dəyişməsi və Ruhəngiz Allahverdiyeva ilə evli olması ilə bağlı yayılan ayrılıq xəbərlərinə aydınlıq gətirərkən deyib.

Müğənni bildirib ki, bu söz-söhbətə səbəb onların 1992-ci ildə AzTV-də çıxışı olub:

"Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə birlikdə AzTV-də verilişlərin birində qonaq olduq, birgə konsert verdik. Həmin vaxt mənim soyadım Allahverdiyev idi. Konsertdən sonra bizim  evli olduğumuza dair müəyyən dedi-qodular yayıldı. Bunu mən Ruhəngiz xanımdan eşitdim. Sonra soyadımı dəyişdim. Düzdür, buna səbəb Ruhəngiz xanım olmayıb".

Müğənni nəsillərinin Bayramov soyadını daşıdığını bildirib: 

"Necə olmuşdusa, mənə babamın atasının adı - Allahverdi soyadı verilib. Mən də düşündüm ki, soyadımı dəyişməyin vaxtı çatıb. Əslində Bayramlı soyadı ilə tanınmaq istədim. Ruhəngiz xanımın gözəl ailəsi var, uşaqları var. Onun sənətinə böyük hörmətim var. Zamanında soyadlarımızın eyni olması bu dedi-qoduya səbəb olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO