Məşhur aktyor illər sonra AÇIQLADI: “Kurtlar vadisi”ndən buna görə ayrılıbmış...

Məşhur aktyor illər sonra AÇIQLADI: “Kurtlar vadisi”ndən buna görə ayrılıbmış...

Hazırda oxunan: Məşhur aktyor illər sonra AÇIQLADI: “Kurtlar vadisi”ndən buna görə ayrılıbmış...

605480

Türkiyənin məşhur "Kurtlar vadisi" serialında Aslan Akbey obrazı ilə yadda qalan Selçuk Yöntem illər sonra layihədən niyə ayrıldığına aydınlıq gətirib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qocaman aktyor serialın gənclərə mənfi təsir etdiyini düşünür. 

“Cinayət törədən personajların cəzasız qalması səhv bir qavrayışdır.

Serial güclü bir süjet xəttinə malik olsa da, cinayətkar elementlərin işlənməsi məni narahat edirdi. Biz mafiyanın və pul baronlarının perspektivini ssenari baxımından çox yaxşı nəzərə aldıq, amma o vaxt dedim ki, cinayət törədənlər cəzalandırılmalıdır. Adam öldürənin cəzasız qalması gənclərə mənfi təsir göstərdi. 

Hər kəs bir-birini öldürür və heç kimə heç nə olmur, ona görə də "Mən də bunu edə bilərəm" fikri inkişaf etməyə başladı. Mən buna reaksiya verdim və serialdan ayrıldım. Amma görürdüm ki, “Kurtlar vadisi” gənclərimizi pozur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO