Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Hazırda oxunan: Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

605456

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb. 

Bizim.Media xəbər verir ki, hazırda televiziyadakı fəaliyyətlərinə son qoyulan aparıcılar sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir. 
 

"Səni axtarıram" layihəsinin yaradıcısı olan Xoşqədəm Hidayətqızı sosial şəbəkədə aktiv paylaşımlar edir. O, daha çox proqramı yayımlanan zaman orada yer alan həkimləri paylaşır. Aparıcı həkimlərin reklamlarını hekayə bölümündə etməklə məşğuldur. 


"Bizimləsən" proqramından sonra Zaur Baxşəliyev də sosial şəbəkədəki fəaliyyəti ilə gündəmdədir. O, şirkətlərlə reklam əməkdaşlığını nümayiş etdirir. 

Aparıcı Elgiz Əkbər isə "Elgizlə izlə" proqramından sonra sosial şəbəkə paylaşımlarını da dayandırıb. Aparıcı yalnız bir dəfə öz fotosunu yayımlayıb. 

Aparıcı Zaur Kamal "Həmin Zaur" bir neçə gündür gəzinti görüntülərini yayımlayır. Aparıcı hazırda işi ilə bağlı heç bir paylaşım etmir. 
 

Aparıcı Tarix Əliyev isə daha çox şəxsi paylaşımları ilə gündəmdədir. Tolik bacısının xeyir işi, qızının ad günü məclislərindən görüntülərlə sosial şəbəkədə gündəmə gəlib. 


Aparıcı Zaur Nəbioğlu isə "Rəngarəng" proqramından sonra sosial şəbəkədə paylaşımlarını da dayandırıb. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO