“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

Hazırda oxunan: “Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

605017

Türkiyəli aktyor Doğukan Güngör narkotik analizlərinin müsbət nəticə verməsi səbəbindən baş rolda çəkildiyi “Kızılcık şerbeti” serialından uzaqlaşdırıldıqdan sonra yenidən ekranlara qayıtmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, aktyor bu dəfə “Haysiyet” adlı yeni serialda rol alacaq. Layihənin hazırlıq mərhələsində olduğu bildirilir.
 

Serialın süjeti “Mehmet” və “Simay” adlı iki gəncin sevgi hekayəsi üzərində qurulacaq. Onların münasibəti yalnız romantik xətlə məhdudlaşmayacaq, eyni zamanda ailə, cəmiyyət təzyiqləri və şəxsi dəyərlər kimi mövzular da ön plana çıxarılacaq.


Qeyd olunur ki, “Haysiyet” serialının ssenarisi klassik “Yaprak dökümü” hekayəsinin müasir interpretasiyası kimi hazırlanır. Bu isə o deməkdir ki, tamaşaçılar ailə dramı, nəsillərarası konflikt və sosial problemlərin müasir kontekstdə təqdim olunmasının şahidi olacaqlar. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO