Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Hazırda oxunan: Elnur ölümdən döndü - VİDEO

604415

Müğənni Elnur Məmmədov bir neçə gün əvvəl təqdim etdiyi "Nərgiz" klipinin çəkilişlərində yaşadığı qəzadan danışıb.

Bizim.Media xəbər verir ki, "Afaqla 10lar" proqramında qonaq olan sənətçi ölümdən döndüyünü bildirib:

"Cıdır düzündə, Hacı Zeynalabdın Tağıyevin ev muzeyində oldum. Bir çox yeri gəzdik. Bu klip zamanı qəza yaşadım. Ən hündür və əhilləşdirilmiş atları seçdim. Atın belində idim, ayağımı da bərk sıxmışam ki, möhkəm oturum.
 

Demək ki, özümü sığortalamamışdım. Mən atın belində olanda at qalx və belini vur yerə. Oruclu idim, hər evdən çıxanda anam Quran altından keçirir. Allahın möcüzəsi olur. Mən həmin möcüzəni yaşadım. Şükür ki, balalarımın yanındayam. Komaya girə, yer xəstəsi ola bilərdim.


Elə ola bilərdi bu gün balalarımın yanında olmaya bilərdim. Atı heç sahibləri də saxlaya bilmədi. Orada olanlardan ağlayan, dəhşətə gələn kim. Şuşaya gedirik, qar dizdən. Dedim, bu klipdə ya öləcəm, ya klip mənsiz təqdim olunacaq. Amma nəticə gözəl oldu".

Qeyd edək ki, xalq mahnısı olan "Nərgiz"in ekran həlli rejissor Nail Naiboğluna həvalə edilib. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO