Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı film çəkiləcək - Hüseyn Cavid də siyahıdadır

Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı film çəkiləcək - Hüseyn Cavid də siyahıdadır

Hazırda oxunan: Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı film çəkiləcək - Hüseyn Cavid də siyahıdadır

60410

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə dəstəyi ilə “Yed-i Velayet, 7 Vilayət” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində türk dünyasının şəxsiyyətləri ilə bağlı tematik ssenari müsabiqəsi elan olunub.

Bizim.Media  xəbər verir ki, festival “Əhli Sənət” Sinema və Mədəniyyət Dərnəyi tərəfindən “Bursa 2022 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində gerçəkləşəcək. Müsabiqəyə türk dünyasının yeddi görkəmli şəxsiyyətinin həyat və yaradıcılığından, əsərlərindən bəhs edən qısa film ssenariləri qəbul olunur.

Ssenarilər Azərbaycandan Hüseyn Cavid, Qazaxıstandan Əhməd Baytursun, Qırğızıstandan Çingiz Aytmatov və Toktobolot Abdumomunov, Özbəkistandan Abdulhəmid Süleyman Çolpan, Türkiyədən Süleyman Çələbi və Türkmənistandan Məhtumkulu Fəraqi ilə bağlı olmalıdır.

Müsabiqənin yekununda hər şəxsiyyətlə bağlı bir – ümumilikdə 7 ən yaxşı ssenari mükafatlandırılacaq. Birinci yeri tutan ssenarilərə 3000 TL pul mükafatı veriləcək və onların əsasında qısa filmlər çəkiləcək. Müsabiqəyə müxtəlif dillərdə və fərqli ölkələrdən müraciətlər www.7kisafilm.com və www.7shortfilms.com internet saytları üzərindən mayın 1-dək qədər qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO