Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Hazırda oxunan: Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

603719

Əsl adı Stefani Coann Ancelina Germanotta olan amerikalı müğənni Ledi Qaqa 1986-cı ilin bu günündə dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu gün yubileyini qeyd edən Qaqanın həyatı sirlərlə doludur.

Maraqlıdır ki, müğənnilikdən cəmi bir neçə il əvvəl o, katolik qız məktəbini bitirmiş rahibə imiş.
Hətta rahibə ikən qısa şort geyindiyi üçün bir gecəni təcridxanada keçirib. 19 yaşında təcavüzə uğrayıb. Bununla da uzun müddət əks cinsə nifrət edib. Daha sonra Manhettenda bir rok musiqi qrupuna qoşulan Qaqa 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzalayıb.
 

Sənətçinin 2009-cu ildə "Bad Romance", "Telephone" və "Alexandro" sinqlları dünya səviyyəsində hit olub. Qaqanın albomu tanıtmaq məqsədilə təşkil etdiyi və müvəffəqiyyətlə 18 ay davam edən "The Monster Ball" Turnesi bütün zamanların ən böyük turnelərdən biri oldu.


Madonnadan təsirləndiyini etiraf edən Ledi Qaqa geyimi, çıxışları və video klipləriylə musiqi sənayesində etdiyi cürətkar fərqlilikləri ilə tanınmaqdadır. 11 Qremmi Mükafatının sahibidir.

İndiyə qədər ifa etdiyi bütün mahnılarını özü yazıb. Səhnə paltarlarının çoxunu da şəxsən hazırlayıb. Müğənni ətir sahəsində də yeniliklərə imza atıb. Belə ki, o, yeni ətir növü icad edərək, dizaynını da özü edib.

Diqqətə çatdıraq ki, Ledi Qaqa 2015-ci il iyun ayının 12-si Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışında iştirak edib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO