“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Hazırda oxunan: “Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

602730

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, Aynişanın arxiv fotolarını paylaşıb və qızının doğum günü olduğunu bildirib:

“O gün çox qəribə bir gün idi: sanki Allahla üz-üzə qaldığım, həyatımın ən böyük imtahanını verdiyim gün idi. Həmin gün “ana” adını qazanacaqdım. Bəzi hisslər var ki, sözlə ifadə olunmur, yaşanır. O gün də elə möcüzəvi günlərdən biri idi, hamı məni gözləyirdi, mən isə onu.
 

O an yalnız Allahla danışırdım. Tək bir arzum var idi - balamın sağ-salamat dünyaya gəlməsi. Bəlkə də o gün əllərim göyə min qat uzanmışdı.Onun dünyaya salamat gəlməsi üçün çox əziyyət çəkmişdim. Göydə Allah, yerdə həkimlər qoruyurdu və gecə saat 01:30-da, 20-dən 21-ə keçən gecə bir səs gəldi… O səs balamın səsi idi.


Sanki o düşünürdü ki, anası fəryad edir. O an başa düşdüm ana fəryad edəndə balanın canı necə yanırmış. Başqa bir dünyaya düşdüm. O dünyada yalnız mən və balam var idi. O dünyada çox xoşbəxt idim. Mən onu dünyaya gətirdim, amma onu qorumağı Allahdan istədim. İndi də istəyirəm.

Allah heç kimin balasını peşman etməsin və heç kimə imkan verməsin ki, kimsə kiminsə övladını incitsin. Səni bu dünyada ən çox xoşbəxt görmək istəyən insan kimi deyirəm:

Aynişanım. Bilirəm sənin ürəyində heç vaxt pis niyyət olmaz. Sən bu dünyanı sevən, insanları sevən bir qəlbə sahibsən. Qoy Allah da səni qorusun. Səni arzularına çatdırsın. Sən dünyanın ən gözəl övladlarından birisən, daim var ol! Səni bu həyatda hamıdan çox sevən anan".






Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO