Vüsalənin verilişi yenidən yarımçıq dayandırıldı - VİDEO

Vüsalənin verilişi yenidən yarımçıq dayandırıldı - VİDEO

Hazırda oxunan: Vüsalənin verilişi yenidən yarımçıq dayandırıldı - VİDEO

60182

Ötən gün Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı növbəti dəfə yarımçıq dayandırılıb.

Bizim.Media xəbər verir ki, "ATV" kanalında nümayiş olunan verilişdə Xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayev qonaq olublar.

Proqram başladıqdan 1 saat 11 dəqiqə sonra, Vüsalə Əlizadənin reklam təqdimatı yarımçıq kəsilib. Daha sonra "7 canlı"nın  yerinə "Külləmə" adlı komediya şousu efirə gedib.

Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, ötən ay da "7 canlı" proqramının yayımı yarımçıq dayandırılmışdı. ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli isə Axşam.az-a açıqlamasında buna texniki problemin səbəb olduğunu bildirmişdi. (Axşam.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO