Tahir İmanov vəhhabi olması iddialarına belə cavab verdi – VİDEO

Tahir İmanov vəhhabi olması iddialarına belə cavab verdi – VİDEO

Hazırda oxunan: Tahir İmanov vəhhabi olması iddialarına belə cavab verdi – VİDEO

600605

Əməkdar artist Tahir İmanov vəhhabi olması haqqında iddialara ilk dəfə münasibət bildirib.

Bizim.Media  xəbər verir ki, o, bu barədə “Planet Parni iz Baku”nun sosial media hesabında paylaşım edib.

Aktyor onun dini mənsubiyyəti ilə bağlı açıqlama verən, yazı yazan şəxslərdən narazılıq edib:
 

“Mənim ailəmin şəxi həyatına daxil olmayın. Hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizim dində qanun baxımından azadlıqdır. Yazırsınız ki, Tahirin dini təriqəti belədir, elədir. Şükür Allaha mən müsəlmanam. Heç kimə ləqəb qoşmuram. Mənim üçün İslamda olan hər bir qardaş, bacı müsəlmandır. Sizlərdən fərqli olaraq, insanları təriqətlərə bölmürəm. Bizim şəxsi həyatımıza qarışmayın”.


Qeyd edək ki, mərhum Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial mediada onun qardaşı Tahir İmanovun vəhhabi olması haqqında iddialar yayılmışdı. (Yeni Sabah)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO