"Yaxşı ki, atam tez rəhmətə getdi" - VİDEO

"Yaxşı ki, atam tez rəhmətə getdi" - VİDEO

Hazırda oxunan: "Yaxşı ki, atam tez rəhmətə getdi" - VİDEO

598527

"İki il əvvəl atamı itirdim. Mənim üçün dost idi. İnsan itirəndən sonra qədrini bilir, onları axtarır. Hər şeyi tapmaq olur, övladı da, amma valideyni tapa bilmirsən. Atam gecə yuxuma gəlib".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Gün ortası" verilişində deyib.

Sənətçi dünyasını dəyişən valideynlərindən danışıb: "Bəzən çox yoruluram. Bütün günü valideynlərimlə yuxuda danışıram. İnsan yaşlandıqca valideynə, bir quru sözə ehtiyac duyur.
 

Atamın son istəyi ilə sənətə yenidən qayıtdım. Dedi ki, səni boynubükük görmək istəmirəm. Yaxşı ki, mənim aldğım zərbəni görmədi.Bəzən fikirləşirəm, yaxşı ki, rəhmətə getdi, bu şeyləri görmədi. Tez getməyi yaxşı oldu.


Anam deyirdi ki, vaxt gələcək, gəlib daşa deyəcəksən haradasan? Fikirləşirdim ki, bəsdir. Övlad anadan yetim qalır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO