"Plastik əməliyyatdan sonra psixoloqa getdim"

"Plastik əməliyyatdan sonra psixoloqa getdim"

Hazırda oxunan: "Plastik əməliyyatdan sonra psixoloqa getdim"

597939

"Plastik əməliyyata gələndə - bir qadın, sənətçi və səhnəyə çıxan biri kimi cavab verəcəyəm. Bəziləri elə düşünür ki, böyük kompleks keçirdib, görkəmimdən utanmışam.

Qətiyyən. Sadəcə, həmin an qərar verdim. Düzdür, hər şey ürəyimcə olmadı. Əməliyyatı biz etmirik, həmin an özümüzü kiməsə etibar edirik. Kimə və nəyə görəsə yox, iç dünyamla, daxili aləmimlə üst-üstə düşdü.

Hansısa eranın bitdiyini yeni qapıların açıldığını hiss etdim. Hiss edirdim ki, içimdə başqa ab-hava əsir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Mədəni şou"da deyib.

Müğənni görünüşündəki dəyişiklikdən danışıb: "Hiss etdim ki, yeni nəsl gəlir, tamaşaçı dəyişir. ya mən köhnədə qalmalı idim, akademik bir ifaçı kimi xatırlanacaqdım. Amma mən yeni nəsillə ayaqlaşdım. Düşündüm ki, daxilimlə yanaşı, xaricimdə də nəsə etməliyəm.
 

Bu o demək deyil ki, burnumdan, görünüşümdən utanırdım, qətiyyən. Əməliyya diş çəkdirmək deyil. Saatlarla əməliyyat masasında qalırsan, sonra sağalma zamanı.


Əməliyyatdan sonra psixoloqdan dəstək gördüm. Elnur Həsənov, balalarım mənə dəstək oldu". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO