"Qayınanadan ana, gəlindən qız olmaz"

"Qayınanadan ana, gəlindən qız olmaz"

Hazırda oxunan: "Qayınanadan ana, gəlindən qız olmaz"

597568

"Gəlinim olsa qızım kimi sevərəm. Deyirlər, gəlinimə ana olacam. Qayınanadan ana, gəlindən qız olmaz. Gərək hörməti qoruyub saxlayasan".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva "İncə səhər" verilişində deyib.

Müğənni gəlin-qayınana münasibətlərindən danışıb: "Bəzi analar oğlunu yanında pulla saxlayır.

Heç kimə əxlaq dərsi vermirəm. İndiki qayınanaların 80 faizi gəlinlə bəhs edir. Deyir, mən yaşamamışamsa, sən də yaşama. Mən nəyi yaşamamışamsa, gəlinimə onu yaşadacağam.
Oğluma deyirəm ki, kimi sevirsənsə, onla get, tanı, qəlbini qırma. Həyat yoldaşını işləməyə qoy, amma gözün onun maaşında olmasın. Oldusa, evin bərəkəti olmayacaq. Qadın xanım olmalıdır". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO