“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

“Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

Hazırda oxunan: “Düşünərək o yekəbaşlığı edirsənsə, bağışlamaram!” - QALMAQAL/VİDEO

597442

Müğənni Mətanət Əsədova ilə Şəbnəm Tovuzlu arasındakı qalmaqal yenidən alovlanıb.

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan Əsədova Şəbnəmlə bağlı sualı eşitdikdən sonra özündən çıxıb.

O, ad çəkmədən bunları söyləyib: “Düşünüb səhv edən insanı ömrümün axırına qədər bağışlamıram, başından böyük hərəkət edəni dünya da yığılsa, əfv etmərəm. Mən məclis etsəm, istəmədiyim insanı çağırmayacağam. Söhbət kimdənsə getmir, ümumi danışıram. Düşünüb, səhv edəni, məndən böyük olsa da, bağışlamaram.

Mən sənə necəyəm, onu qaytarmağa qabiliyyətin çatmırsa, məni maddiyyatla çaşdıra bilməzsən. İnsanları özü ilə aparan Mətanətdir. Mətanət elə bir addım atar ki, necə ki atmışam, pis sözlərlə cavab almışam. Efirdə çıxıb ağzına gələni danışıb. Bilərək, düşünərək o yekəbaşlığı edirsənsə, Mətanət onu bağışlamır. Nə qədər xətrini istədiyim insan olsa da, onu bağışlamıram”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO