Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Hazırda oxunan: Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

597370

Meyxanaçı Samirə qızı Fərəh Samirəqızının saxlanılması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, “oxu.az”a açıqlamasında qızı, müğənni Fərəh Samirəqızının saxlanılmadığını bildirib.

Meyxanaçı sözlərinə belə davam edib:

"Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. "Orasını-burasını yemək" pis ifadədir? Mən gözünü də yeyə bilərəm, qaşını da, burnunu da. Bu, təhqiramiz ifadə deyil. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir".
 

Xatırladaq ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.


F.Samirəqızının sosial şəbəkədə həmkarı Kəmalə Günəşlini müdafiə xarakterli çıxışı birmənalı qarşılanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO