"Oğluma nəsə deyəndə, babası, nənəsi irad tutur. Mən oğlumla dostam. Çalışıram onunla dostluq edim. İndi 13 yaşı var. Böyük kişi kimi formalaşır".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Günə bax" verilişində deyib. Sənətçi 13 yaşlı oğlundan danışıb.
İfaçı sosial şəbəkədə yazılan rəylərdən söz açıb:
"Son zamanlar rəylərə soyuqqanlı yanaşıram. Ətrafdakıların fikri önəm daşımır. Amma bəzən sərhəd saxlamaq lazımdır. Bəzən şərh oxuyanda əsəbiləşirdim. Amma mənə məsləhət gördülər ki, səhnədə olan adamsan, nəsə yazılırsa qəbul edilir. Deməli, varsan ki, sənə mənfi və ya müsbət nəsə yazılır. Ona görə də fikir vermirəm. Özümüz və Allah bilir mən kiməm. Ona görə də kimsə nəsə yazanda təsir edirdi ki, axı düz deyil?
Birdən anam oxuyub yazır ki, niyə belə yazırlar? Anama görə ehtiyat edirəm ki, pis şərh olmasın. Anam hər şeydən xəbərdardır. Səhər oyanır verilişlərə baxır. Deyir, filan verilişdə sənin adını çəkdilər, filan yerdə qonaqlar onlar olur. Hətta deyir, proqramda kimsə oxuyanda əl çal, onu söz edirlər. Ana mövzusu həssasdır. Mənim üçün göydə Allah, yerdə anamdır. Anamla nəfəs alıram, ondan asılıyam, problemdir?". (axsam.az)
Bizim.Media






























































































