Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Hazırda oxunan: Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

596500

Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Pərviz Hüseynin “Pərvizə görə” proqramında danışıb.

Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib:

“Qızımın 6 yaşı var idi. İkinci dəfə həmin acını yaşadım. Mənim üçün bunu yaşamaq ikiqat çətin idi. İlk dəfə bunu yaşayanda atam yanımda idi və dərdi olmayan qız idim. 8 il əvvəl isə tək qadın idim, gözümə baxan bir körpə var idi. Əziyyətli günlər yaşamağa başladıq. Hər ay müalicə üçün İrana gedib-gəlirdim. Böyük məbləğlər gedirdi. İranda dedilər ki, marta qədər vaxtı var, böyrək dayanacaq. Böyrək əməliyyatı keçirmiş tanışımdan həkiminin nömrəsini aldım. Həkim İstanbulda idi. Getmək istəyirik Türkiyəyə, amma İranda hava pis, qar, təyyarələr uçmur. 
 

Nəhayət İstanbula getdik. Həkim dedi ki, kaş, sizə 1 ay əvvəldən məlumat verərdilər. Həkimə dedim ki, icazə verməyin ölüm. Qızımın ad günü olacaqdı. Fevralın 7-si idi, dializ olundum, gəldim və 10-da Diləyin ad gününü etdik. 11-də qayıtdıq İstanbula. Ailədə hamı analiz verib ki, böyrəyi uyğun gəlsə, mənə versin. Qardaşım çox istədi böyrəyini versin, icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Elşən mənim donorum oldu”.


Qeyd edək ki, Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO