"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

Hazırda oxunan: "Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

594443

"Bəyənmədiyimiz ifalar var. Xanəndələr insanlara xoş gəlir. Çünki onlar oxumağın təhsilini alır. Savadlı, qaydaya uyğun oxuyurlar. Amma bəziləri var ki, yaxşı oxusalar da hərəkətlərinə görə onlara qulaq asmıram. Müəyyən faiz var ki, onlar üçün sənət önəmli deyil, amma böyük siyasəti var".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Eldəniz Məmmədov "Gün ortası" verilişində deyib.

Sənətçi bəzi ifaçılara qalmaqallarına görə qulaq asmadığını deyib. Əməkdar artist Zakir Əliyev isə "Xalqı gözdən salan ifaçılar var. Onlar sənət üçün doğulmayıblar. Onlar sənət aləmini qarışdırmaq üçün gəliblər. Bu cür adamlar, adi həyatda da var. Xalq, millət üçün ləkədirlər" deyərək, onun sözlərini təsdiqləyib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO