Müğənni Rəqsanə İsmayılova qalmaqal yaşadığı aparıcı Səidə Bəkirqızından üzr istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb.
Rəqsanə deyib ki, S. Bəkirqızının həyat yoldaşı Fazil Əmiraslanovla bağlı fikirlərindən sonra özündən çıxıb və qalmaqallı açıqlamalar verib. İfaçının sözlərinə görə, aparıcının atasının vəfat etdiyini bilmədən xoşagəlməz ifadələr səsləndirib.
Rəqsanə buna görə də düzgün başa düşülmək istədiyini, aparıcıdan üzrxahlıq etdiyini və onunla üz-üzə görüşüb, danışmaq istədiyini bildirib.
Daha ətraflı videoda:
Sara, Bizim.Media


































































































