Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Hazırda oxunan: Bella Hadidin keçmiş sevgilisi həbs edildi

593893

Məşhur model Bella Hadidin keçmiş sevgilisi, kovboy Adan Banuelos Texasda həbs edilib.

Bizim.Media xəbər verir ki, o, sərxoş vəziyyətdə ictimaiyyət qarşısına çıxıb. Məşhur atçılıq məşqçisi daha sonra 386 dollar girov müqabilində azadlığa buraxılıb.
 

Adanın həbsi 29 yaşlı Belladan ayrılması xəbərindən bir neçə gün sonra baş verib. Onların münasibətləri iki il davam edib. Bəzi məlumatlara görə, keçmiş məşhur cütlüyün tez-tez mübahisələrlə müşayiət olunan qeyri-sabit münasibətləri olub.


Bellanın ətrafı bildirib ki, o, ayrılığı çox ağır qəbul edir. Hər ikisi üçün bir-birini həyatlarından çıxarmaq qərarı emosional bir sınaq olub. Hadid diqqətini işə və dostları ilə daha çox vaxt keçirməyə çalışır. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO