“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

Hazırda oxunan: “Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

593068

Müğənnilər Ofelya Şabanova ilə Nüşabə Musayeva arasındakı qalmaqal alovlanıb.

Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Ofelya Nüşabənin açıqlamalarına cavab verib:
 

“Aygün Kazımova demiş, “mən olan yer zirvədir”. Həyatda itirəcəyim çox şey var. Ailəmi, şərəfimi itirə bilərəm, özümdən çıxıb elə söz danışaram ki, xalqımın gözündən düşə bilərəm. Nüşabənin heç bir mahnısını bilmirəm, mənim reklamım çox bahadır. Reklam olunmaq istəyirsə, kartımı atım, qonorar ödəsin. Onun adını siz çəkirsiniz, mənim onunla işim yoxdur”.


Efirə zəng edən Nüşabə isə bunları söyləyib:

“Mən yüksəkdəyəm ki, ifadələrimlə özünü zirvədə sananlar reklam edir. Mənim Ofelya Şabanova ilə problemim yoxdur. Bu adamın sənəti varsa, zirvədədirsə, niyə bunu camaat hiss etmir? Deyirəm, sənətin var, amma zirvədə deyilsən. Mənim rəqslərim sənin sənətindən yüksəkdir. Mənim rəqsimə gələn baxış, maraq sənin sənətinə gəlmir. Sənətin var, onunla reklam ol. Haradadır sənin sənətin? Çünki səhnə baxımından fakturan yoxdur”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO