Aqşin Abdullayev gündəm olan layihəsindən DANIŞDI: “Mahnıda özünü görən xanımlar var...” – ÖZƏL/VİDEO

Aqşin Abdullayev gündəm olan layihəsindən DANIŞDI: “Mahnıda özünü görən xanımlar var...” – ÖZƏL/VİDEO

Hazırda oxunan: Aqşin Abdullayev gündəm olan layihəsindən DANIŞDI: “Mahnıda özünü görən xanımlar var...” – ÖZƏL/VİDEO

593057

Əməkdar artist Aqşin Abdullayev yeni layihəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Qara qara” adlı ifasını Yutubda və digər musiqi platformalarında yayımlayıb. 

Rəssam və Araz Rafaelin bəstələdiyi mahnı Xəyal Hüseynin rejissorluğu ilə ekranlaşdırılıb.

Maraqla qarşılanan layihəsi haqda Bizim.Media-ya danışan Aqşin Abdullayev bu dəfə daha fərqli janrda oxuduğunu bildirib:

“Əslində daha çox klassik  və klassik estrada janrında səsləndirirəm. Bu, tamam müasir tərzdir. Ümumiyyətlə, bir xasiyyətim var ki, mahnı ürəyimə yatırsa, oxuyuram. Bu mahnı da ürəyimə çox yatdı, düşündüm ki, maraqlı bəstədir, ona görə ifa etdim. Musiqisi Rəssama məxsusdur, Araz Rafaellə birgə ərsəyə gətirib. Hansı ki, Roza Zərgərlinin “İstədim” mahnısını da Rəssam bəstələyib. Klipi isə  Xəyal Hüseyn çəkib, klipdə rol alan xanım Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Tamilla Abutalıbovadır”. 

A.Abdullayev həmçinin klipin çəkiliş prosesindən və layihədəki geyim tərzindən söz açıb:

“Klip üçün geyimləri rejissorumuz Xəyal Hüseyn seçmişdi. Özümə uyğun həmin tərzdə plaş axtarırdım, heç yerdə tapa bilmədim. Sonra geyimi xüsusi hazırlatdırdım. Klipdəki köhnə avtomobili Mərdəkandan tapdıq. Çəkiliş zamanı hava çox soyuq idi, külək var idi. Əslində klipimizin böyük hissəsi açıq havada, dəniz kənarında olmalı idi. Amma elə bir soyuq var idi ki, çöldə dayanmaq mümkün deyildi. Ona görə klip üçün qısa kadrlar çəkib, qapalı məkana keçdik”.

Sənətçi dinləyicilərin fərqli üslubdakı layihəsi haqda rəylərindən bəhs edib:

“Dinləyicilərin reaksiyaları çox maraqlıdır. Xususilə də mahnıda özünü görən xanımlar var. Mahnının sözlərində qara-qara gözlərdən söhbət gedir. Eyni zamanda mənim tərəfimdən  fərqli yanaşırlar ki, inanmazdıq, bu janrda mahnını belə uğurlu ifa edərsən. Bundan sonra da layihələrimiz var. Bir neçə mahnının üzərində çalışmışıq, gözəl ifalar olacaq. Həm milli musiqimizdən, həm klassik janrda olan 6-7 mahnı üzərində çalışıram. Lakin ilk bu mahnını yayımladım. Çünki inamım sonsuz idi”. 

Son olaraq Əməkdar artist səsləndirəcəyi mahnıları toylara görə seçmədiyini deyib:

“Mahnılarımı oxuyanda düşünmürəm ki, bu toy üçün olacaq, yoxsa yox. Çünki toy üçün mahnı fikirləşsəydim, dahi Müslüm Maqomayevin “Sinyaya Veçnost”unu, Üzeyir bəyin “Sevgili canan”ını, yaxud italyan klassikasından olan əsərləri oxumazdım. Bu gün idarə etdiyim toylarda həmin mahnılar səslənir. Toya dəbi gətirən də, musiqini moda salan da özümüzük. Özümüzdən asılı olan bir şeydir. Bu, demək deyil ki, tamaşaçı nə istəyirsə, mütləq şəkildə onu təqdim etməliyik. Bəlkə tamaşaçı bizdən bayağı mahnı istəyir, onu oxumalı deyilik ki...  

Biz də tamaşaçının zövqünün püxtələşməsi üçün gözəl mahnılar təqdim etməliyik. Bu missiya bizim üzərimizə düşür. Heç vaxt toya görə mahnı seçmirəm. Buna da baxmayaraq hamıdan çox toyum var. Demək ki, düz yoldayam. Toy, səhnə və musiqi yanaşması fərqlidir. Bunları bir-birinə qatmaq olmaz”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO