Müğənni Yeganə Mürsəlova "Oğluma ifaçı qız almaram" deyənləri tənqid edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" verilişində danışıb.
O bildirib ki, ailə həyatı müğənniliklə əlaqədar deyil:
"Həkimlər gecə yarısına qədər xəstəxanada qalır. Təyyarədə çalışanlar gecə uçuşlarda olur. Onda insanlar həkimlə, təyyarədə çalışan xanımla evlənməsinlər? Bu, nə deməkdir?
200-ə yaxın xanım ifaçı var. Onun 50-sinin ailəsi yoxdur və ya dağılıb. Ölkədə nə qədər ailəsi dağılan qadın var. Bunun müğənniliklə nə əlaqəsi?" (axsam.az)
Bizim.Media
































































































