"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

Hazırda oxunan: "Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

592512

"Allah məni sevdi ki, teatrdan ayrıldım. İncidim getdi. Teatrdakı aktyor və aktrisaların üsyanını qınayırlar. Aktrisayam başqa yerdə çalışa bilmərəm. Amma teatr müdiri başqa yerdə işləyə bilər".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kubra Əliyeva "Qapqara" yutub layihəsində deyib.

Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən tələbələrin teatrda iş tapa bilməməsindən şikayətlənib:

"Aktyor teatrdan ayrılır və özünü heç yerdə tapa bilmir. Bəzən alış-verişə gedirəm. Baxıram bir gənclik dövrünü keçən adamdır. Danışıram, deyir, incəsənət universitetini bitirmişəm. Ürəyimin başına od düşür. Mən də oxumuşam orada. Nə həvəslə ora girib, amma teatrda yer tapa bilmir.

Ailəsini dolandırmalıdır. Evin qazanının qaynaması üçün qazanın içini qazanmalısan". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO