Xalq artisti Röya Ayxan müəllimi - Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəni evində qonaq edib.
Bizim.Media xəbər verir ki, bu barədə R. Ayxan instaqramda görüntülər paylaşıb.
V. Gərayzadə ilə bərabər Əməkdar artistlər Abbas Bağırov, Xəyyam Nisanov, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov da qonaqlıqda yer alıb.
Video paylaşan Röya keçmiş “W - Trio” qrupunun üçüncü üzvü Elnarə Xəlilovanın da onlara qatılacağını bildirib.
Sara, Bizim.Media



































































































