"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

Hazırda oxunan: "Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

590324

Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı Aysunun efirdə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Bizim.Media xəbər verir ki, veriliş zamanı aparıcı şəxsi mövqeyini açıqlayaraq, əks cinsdən olan şəxslərdən kiçik hədiyyələri qəbul etmədiyini bildirib.

Onun sözlərinə görə, hədiyyə xüsusi və dəyərli olmalıdır:

"Kişi mənə elə bir hədiyyə almalıdır ki, mənim onu özüm almağa imkanım çatmasın. Xırda hədiyyələri qəbul etmirəm".

Aysu gül hədiyyəsinə də münasibətini açıqlayıb. O, qeyd edib ki, gül ona təsir etmir və bunu daha çox qadınların bir-birinə verdiyi hədiyyə hesab edir:
 

"Gülü sevsəm də, yanında nəsə olmalıdır, Gül hədiyyəsi isə mənə çatmır ,onu xanım da xanıma alır".


Aparıcının bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb və istifadəçilər arasında fərqli mövqelərin ortaya çıxmasına səbəb olub. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO