Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

Hazırda oxunan: Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

590281

Məşhur aparıcı Fulya Öztürk ilə müğənni Hadisə arasında sosial şəbəkədə fikir ayrılığı yaşanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə İranda baş verən etirazlarla bağlı "Səssiz qalma" başlığı altında paylaşım edərək, "İranda insanlar sadəcə səslərinin eşidilməsi üçün həyatlarını riskə atırlar" ifadəsini işlədib.

Bu paylaşım jurnalist Fulya Öztürkün tənqidinə səbəb olub. O, Hadisəyə müraciət edərək belə yazıb:
 

"Kaş ki, Qəzza üçün də “səssiz qala bilmərəm” deyəydiniz. Hadisə xanım, Orta Şərqdə baş verən prosesləri daha yaxşı anlamağınızı, xəbərləri izləməyinizi və araşdırma aparmağınızı tövsiyə edirəm."


Müzakirələrdən sonra sosial şəbəkə istifadəçiləri Hadisənin daha əvvəl Qəzza ilə bağlı paylaşım etdiyini xatırladaraq, həmin tviti yenidən gündəmə gətiriblər. Bu isə qalmaqalın daha da böyüməsinə səbəb olub. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO