“Heç vaxt yalnız pul üçün iş görməmişəm”

“Heç vaxt yalnız pul üçün iş görməmişəm”

Hazırda oxunan: “Heç vaxt yalnız pul üçün iş görməmişəm”

590170

Son dövrlərin ən çox danışılan aktyorlarından biri olan Burak Özçivit yenidən sosial mediada gündəmə gəlib. Bu dəfə səbəb pulla bağlı yayılan xəbərlər olub.

Bizim.Media xəbər verir ki, məşhur aktyor bu barədə X (əvvəlki "Twitter") hesabında paylaşım edib:
 

"Mən heç vaxt yalnız pul üçün iş görməmişəm. Layihəni bəyənməyim, rolun mənə uyğun olduğunu hiss etməyim daha önəmlidir. Niyə hər zaman maliyyə mövzuları sosial mediada gündəmə gəlir, anlamıram."


Özçivitin bu sözləri həm də tənqidlərə səbəb olub.

Qeyd edək ki, Burak "Kara Sevda", "Çalıkuşu" və "Kuruluş Osman" kimi seriallarla karyerasını zirvəyə qaldırıb.

Serialdan ayrıldıqdan sonra o, "İstanbulun ən gözəl qızı" adlı tək nəfərlik teatr tamaşası ilə diqqət çəkib.

Eyni zamanda, onun məşhur bir tikinti şirkəti ilə reklam müqaviləsi çərçivəsində 45 milyon lirə qazandığı, 10 nəqliyyat vasitəsindən ibarət lüks avtomobil kolleksiyası və Rivadakı şəxsi qarajının 4 milyon dollar dəyərində olduğu barədə uzun müddət xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO