Narkotik testi müsbət çıxan Şeyma - "Tövbə etdim" - VİDEO

Narkotik testi müsbət çıxan Şeyma - "Tövbə etdim" - VİDEO

Hazırda oxunan: Narkotik testi müsbət çıxan Şeyma - "Tövbə etdim" - VİDEO

590077

Xəbər verdiyimiz kimi, Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində sosial media fenomeni Şeyma Subaşının test nəticələri müsbət çıxıb.

Bizim.Media xəbər verir ki, fenomen bununla bağlı paylaşım edib. O, hazırda tövbə prosesində olduğunu vurğulayıb:

"Hazırda tövbə prosesindən keçirəm və bunda səmimiyəm. Özüm və gələcəyimlə bağlı qərarlar aldığım bir dövrdəyəm. Əsas diqqət mərkəzim sağlamlığım, qızım və daha inanclı, məsuliyyətlərimi dərk edərək yaşamaqdır. Bu, əslində həmişə belə olub. Amma bəzən yaşamamalı olduğumuz taleyi yaşayırıq. Hər şərdə bir xeyir var. Etdiklərimin məsuliyyəti yalnız mənə aiddir. Bundan sonra isə yoluma səssiz, doğru və sayğılı şəkildə davam edəcəyəm".

Qeyd edək ki, Subaşı Amerikadan qayıdarkən İstanbul Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb. O, məşhur iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onun bu evlilikdən bir qızı var. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO