Müğənni Xuraman Şuşalı açıqlaması ilə tənqidlərə məruz qalıb.
Bizim.Media xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında övladlarının ailə quracağı şəxsi özünün seçəcəyini deyib.
O bildirib ki, uşaqlarına indidən psixoloji təzyiq göstərir:
"Uşaqlarıma indidən psixoloji təzyiq göstərirəm. Deyirəm, ailə quracağınız şəxsi mən seçəcəyəm, bəyənsəniz olar. Gəlib deməyin ki, filankəsi sevirəm və ya filankəs məni sevir, ona ərə gedirəm.
Bizim ailədə belə söhbət olmayacaq. Mən seçəcəm, sənə seçim verəcəyəm, bəyənsən ailə qur. "Leyli və Məcnun" sevgisi qaldı əsərlərdə. O qədər valideynlərlə görüşürəm ki... Analar söhbətə gəlir, onlardan soruşuram ki, qızınız sevib ailə qurub?
Cavab verib ki, mən və həyat yoldaşım baxıb dəyər vermişik ki, bu oğlan bizə uyğundu və ya yox. Bizə elçi gələndə görüşdürmüşük və qızımızı vermişik. Bu cür ailələr daha uzunömürlü olur". (axsam.az)
Bizim.Media


























































































