Ötən gündən deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib.
MÖVZU İLƏ BAĞLI:
Razi Nurullayev qardaşı oğlunun toyuna dəvət edilməyib? — Məşhur toyla bağlı qalmaqallı AÇIQLAMA
Bizim.Media Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Əsas aparıcısı Nanə Ağamalıyevanın olduğu toyda sənətçi qonaqlar arasında Xalq artisti Aygün Kazımova da olub. Ümumilikdə toyun bütün təşkilatçıları və digər işçilər Bakıdan çağırılıb.
Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib.
Bizim.Media
































































































