“Desələr ki, “atan son nəfəsini verir”, yanına getmərəm” - VİDEO

“Desələr ki, “atan son nəfəsini verir”, yanına getmərəm” - VİDEO

Hazırda oxunan: “Desələr ki, “atan son nəfəsini verir”, yanına getmərəm” - VİDEO

589465

Müğənni Aysun İsmayılova doğma atası ilə bağlı qalmaqallı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçi atası ilə görüşməməsindən danışıb.

Aysun deyib ki, atasını görmək istəyir:

“Mənə hamı deyir ki, atana çox oxşayırsan. Mənim xarakterimdə bəzi nüanslar var, bunlar ana tərəfimdə yoxdur. Ona görə tanımaq istəyərəm, çünki fikirləşirəm ki, bunlar mənə haradan gəlib? Həyatda elə bir şey ola bilməz ki, qızını görməməyə məcbur qalsın.
 

Ola bilər ki, valideynlər arasından problem olsun, amma uşağın günahı yoxdur. İndiki yaşımda baş versəydi, ayrılsaydılar, aramızda problem olsaydı, deyərdim, hə. Amma 2-3 yaşımda məni atıb gedib, bir dəfə maraqlanmayıb. Ailə həyatım uğursuz oldu, maraqlanmadı ki, bu uşağın başına niyə belə işlər gəlir? Bunları keçmək olmur. Böyük danışmayım, heç vaxt “heç vaxt” deməyi sevmirəm.


Mən onun sayəsində dünyaya gəlmişəm, övladam, bir insanlığım, vicdanım var. Nə qədər səhv etsə də, haqqımı halal edirəm. Çünki valideynimdir, bioloji atamdır. İndi eşitsəm ki, xəstəxanadadır, nə lazımdırsa, edərəm, amma getmərəm”.

İfaçı aparıcı Zaur Nəbioğlunun “Desələr ki, son nəfəsini verir, yenəgetməzsən? Yəni ölsə belə getməzsən?” suallarına bu cavabı verib:

“Getmərəm, çünki mənim onunla heç bir gözəl anım olmayıb. Son dəfə görmək üçün də getmərəm ki, ömürlük dağ olmasın mənə”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO