“Onlar toyda oxuyublarsa, deməli sənətkar deyillər?”

“Onlar toyda oxuyublarsa, deməli sənətkar deyillər?”

Hazırda oxunan: “Onlar toyda oxuyublarsa, deməli sənətkar deyillər?”

589187

“Birinə toy müğənnisi deyəndə düşünmək lazımdır ki, o insan məclisdə nə edir. Əgər yaxşı musiqini təbliğ edirsə, musiqi mədəniyyətimizi düzgün təqdim edirsə, bu, gözəldir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “Mədəni şou”da deyib.

O, toy müğənnisi anlayışına münasibət bildirərək bu ifadənin yanlış başa düşüldüyünü vurğulayıb.

“Toyda oxuduğumuz mahnıların bəzilərini konsertlərdə də ifa edirik. Bir var ki, insan səhnədə oxuyanda, istər toyda, istərsə də konsertdə əyləşən tamaşaçı ondan həzz alır, bir də var ki, ona gülürlər. Bəzən savadsız danışırlar. Deyirlər ki, toyda ifa edən müğənni konsert oxumaz.
 

Mən şəxsən Xalq artistləri Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov və Ağaxan Abdullayevlə birlikdə toyda oxumuşam. Onlar toyda oxuyublarsa, deməli sənətkar, musiqiçi deyillər?


Əgər səhnədə yaxşı musiqini təbliğ edirsənsə, istənilən yerdə oxuya bilərsən. Amma əgər musiqini alçaldırsansa, onu hörmətdən salırsansa, sənin nə konsertdə, nə də toyda yerin yoxdur. Musiqini anlamayan, duymayan, sevməyən, sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir.

Bəzən müğənnilərə savadsız suallar verirlər: toy məktəb ola bilərmi? Birincisi, məktəb təhsil aldığın yerdir. Sualı düzgün vermək lazımdır. Toyda müğənni təcrübə toplaya bilərmi?
 

Sual belə olmalıdır. Toyda 5–7 saat səhnədə olursan, repertuarın zəngin olmalıdır. Konsertdə isə 20 mahnıdan ibarət repertuar hazırlayırsan və onu aylarla məşq edib səhnədə ifa edirsən. Toyda bəyəm məşq edib oxuyursan?


Səhnədə peşəkar adamdan təcrübəsiz biri dərs ala bilər. Toy oxumağı yox, səhnədə musiqini və mədəniyyəti necə təmsil etməyi öyrənsin və getsin onu təbliğ etsin". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO