"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Hazırda oxunan: "Başımı bağlamağımı istəsə, onu da edərəm"

587721

Aktrisa Pərvin Abıyeva "Öz aramızda" verilişində iştirak edərkən şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraflar edib.

Bizim.Media xəbər verir ki, sənətçi bildirib ki, ailəni qorumaq naminə həyat yoldaşının
istəklərinə müəyyən həddə qədər anlayışla yanaşmağa hazırdır.

Onun sözlərinə görə, həyat yoldaşı istəsə, geyim tərzini dəyişə, hətta başını bağlamağa da razı ola bilər. Eyni zamanda, müəyyən yerlərə getməmək və bəzi insanlarla ünsiyyəti kəsmək kimi tələbləri də ailə naminə qəbul edəcəyini vurğulayıb.

Lakin Pərvin Abıyeva qeyd edib ki, bütün bunların da bir sərhədi var. O, doğru bildiyi məsələlərdə güzəştə getməyəcəyini, ağ olanı qara kimi təqdim etməyə razı olmayacağını deyib.

Aktrisa həmçinin gələcək həyat yoldaşından gözləntilərini də açıqlayıb. Bildirib ki, indiki həyat şəraitini öz zəhməti ilə qurub və istəyərdi ki, həyat yoldaşı da onun qədər olmasa belə, ayaqda dura bilən, ailəsini dolandıra bilən, övladlarını böyüdüb təhsil verə bilən biri olsun.

Pərvin Abıyevanın bu açıqlamaları veriliş izləyiciləri və sosial şəbəkə istifadəçiləri arasında geniş marağa səbəb olub. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO