Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Hazırda oxunan: Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

587652

Məşhur müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Murat Özdemir həbs edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Emrullah Erdinç sosial şəbəkədə paylaşım edib.

O Selahattin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaq ittihamı ilə tutulduğu iddia edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Özdemir hələ bu ilin avqust ayında da eyni cinayət işi ("Selahattin Yılmaz cinayət qruplaşması") çərçivəsində saxlanılmış, lakin ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
 

İddialara görə, Murad Özdəmir cinayətkar dəstə rəhbərindən aldığı tapşırıqlar əsasında bəzi mütəşəkkil sənaye zonalarına təzyiq göstərməkdə və bu yolla qanunsuz qazanc əldə etməkdə şübhəli bilinir.


Ebru Gündeş dördüncü həyat yoldaşı Murad Osman Özdəmir ilə 2024-cü ilin fevralında Dubayda evlənmişdi. Lakin onlar 27 sentyabr 2025-ci ildə qarşılıqlı razılaşma yolu ilə boşanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO