“Övladlarım geyimlərimi bəyənmir”

“Övladlarım geyimlərimi bəyənmir”

Hazırda oxunan: “Övladlarım geyimlərimi bəyənmir”

587433

“Övladlarım mənim saatlarımı, aksesuarlarımı, geyimlərimi bəyənmir. Mənimkilərə baxıb deyirlər ki, dəblə getmirsən. Onların isə öz aksesuarları var”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Xəzər axşamı” verilişində deyib.

İzzət qarderobunda əsasən kostyumların olduğunu, övladlarının isə idman üslubunda geyindiklərini bildirib:

“Bu yaxınlarda məktəbdə müəllim böyük oğluma tapşırıb ki, qara kostyum geyinsin, çünki şəkil çəkdirəcəkdilər. O isə ümumiyyətlə kostyum həvəskarı deyil, yalnız idman üslubunda geyinir. Onun pencəyi belə yoxdur. Dedim ki, gedək kostyum alaq. Cavab verdi: ‘Mənə bir saatlıq kostyum lazımdır. Onu dolabımda saxlamaq belə istəmirəm’. Dedim, gəl mənim kostyumlarımdan birini geyin. Övladlarımın hamısı idman üslubunda geyinir”.

Qeyd edək ki, İ.Bağırovun üç övladı var. Onlardan ikisi əkizdir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO