Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında sərt açıqlaması ilə diqqət çəkib. O bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir:
"Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın yerə girin. Ağıllı olun. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam: Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, Fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikllar bəstələyirəm. Geyinib-keçinirəm. Siz aylarla üzünüzü belə yumursunuz. Tofiq Quliyevə Kuliyev, Qara Qarayeva Karayev deyirsiniz".
Seyidcahan Ermənistanda konsert vermə istəyindən söz açıb:
"Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsiniz? Cavab verdim ki, əlbəttə. Orada "Qarabağ Azərbaycandır" adı ilə konsert verəcəyəm. Eşitmişəm ki, "Tikim sizin ağzınızı" şeirimi sevirlər, onu oxuyacağam”. (Axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:34 / 23.12.2025
"Ermənistanda konsert verib, "Tikim sizin ağzınızı" oxuyacağam" – VİDEO
Hazırda oxunan: "Ermənistanda konsert verib, "Tikim sizin ağzınızı" oxuyacağam" – VİDEO
Hazırda oxunan: "Ermənistanda konsert verib, "Tikim sizin ağzınızı" oxuyacağam" – VİDEO
587004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































