Aysun polisə şikayət etdi - VİDEO

Aysun polisə şikayət etdi - VİDEO

Hazırda oxunan: Aysun polisə şikayət etdi - VİDEO

586774

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı yayılan böhtan və qərəzli xəbərlərə qarşı hüquqi addım atıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə video müraciət yayımlayaraq bəzi media və sosial şəbəkə səhifələrinə sərt xəbərdarlıq edib.

Aysun İsmayılova bildirib ki, onun adı ilə dəfələrlə yalan məlumatlar yayılıb və bu hallar artıq səbrini tükədib:

"Mənimlə bağlı neçənci dəfədir yalan xəbər paylaşırsınız. Məndən təsdiq almadan paylaşım etməyin. Reytinq xatirinə şəxsi həyatımı hədəf almayın".

Müğənni vurğulayıb ki, artıq əvvəlki Aysun deyil və şəxsi həyatına müdaxilələrə dözmək niyyətində deyil:

"Əvvəlki Aysun yoxdur. Burnunuzu hər yerə soxmayın. Uzundursa, əməliyyat etdirim. Öz işimlə məşğulam, artıq boş şeylərə vaxtım yoxdur".

Sənətçi əlavə edib ki, kimdənsə qorxduğu üçün nəyisə gizlətmir və yayılan əsassız iddialar onu bezdirib:

"Kimdənsə qorxan yerim yoxdur ki, nəyisə gizlədim. Artıq bezdirmisiniz".

Aysun İsmayılova açıqlamasının sonunda şəxsi həyatına hörmət olunmasını tələb edib və bu cür halların davam edəcəyi təqdirdə qanun çərçivəsində mübarizəni davam etdirəcəyini bildirib. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO