Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan milyonlar qazanıb.
Bizim.Media xəbər verir ki, müğənni bu qazancı təkbaşına yeməmək qərarına gəlib.
Belə ki, ulduz tur zamanı onunla çalışan hər kəsə 100 min dollar bonus verib. Ümumilikdə isə onun işçilərinə verdiyi məbləğ 197 milyon dollar olub.
O, səhnə dekorasiyasını və musiqi alətlərini daşıyan sürücülərdən tutmuş, rəqqaslara qədər hamıya 100 min dolların olduğu çek bağışlayıb. Onun işçilərinə bağışladığı xüsusi hazırlanan və üstü çiçəklə bəzədilən zərfində "100.000 dollarlıq layiqli bonus. Sevgi ilə, Teylor" sözləri yazılıb.
Teylorun 2025-ci ildə bir çox xeyriyyə işləri gördüyü bildirilib. Onun "Feeding America" kimi xeyriyyə təşkilatlarına ianələr və Super Kubok atışmasından zərər çəkən ailə kimi fərdlərə yardım da etdiyi açıqlanıb.
Onun bu addımı sosial mediada böyük ajiotaj yaradıb. Pərəstişkarları Svifti "əsl patron", "lider, sadəcə işəgötürən deyil" kimi tərifləyiblər. (Axsam.az)
Bizim.Media




























































































