“Aygün Kazımova ilə illəri boşuna itirmişik” - VİDEO

“Aygün Kazımova ilə illəri boşuna itirmişik” - VİDEO

Hazırda oxunan: “Aygün Kazımova ilə illəri boşuna itirmişik” - VİDEO

585075

Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə barışıqlarından danışıb.

Bizim.Media xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində küsülü olaraq keçən illəri boş yerə itirdiklərini bildirib:

"Aygün Kazımova ilə barışmağımıza bütün ailəmiz çox sevindi. Anamın mənə göndərdiyi səsli mesajı Aygün xanıma da yolladım. Anam o qədər dua edib, o qədər sevinib ki... Mən başa düşdüm ki, biz neçə illər hər şeyi sadəcə boşuna itirmişik. Çünki çox önəmli problemlərimiz olmayıb. Bir-birimizi görəndə salamlaşmışıq, hətta öpüşüb-görüşmüşük.
 

Yol səyahətində də bu baş verib. Amma baxırdım ki, yenə də bir soyuqluq var. Görürdüm ki, kimsə bir-birinə salam vermir, çünki bu onun komandasıdır, digəri isə mənim. Bu nə ayrı-seçkilikdir? Özü də Azərbaycan sənətkarlar yetişdirən bir ölkədir. Mən niyə öz sənətkarımla küsülü olum ki?


Ona görə də çox sevindim. Üstəlik, bu qəlbdən, istəyərək və təmiz ürəklə olan bir barışıq idi və kiminsə bundan sonra ona toxunmasına icazə vermərəm. Bu bir bayramdır". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO