Əməkdar artist Xəyyam Nisanov Rusiyanın məşhur azərbaycanlı reperi Navainin (Nəvai Bəkirov) sosial şəbəkələrdə yayılmış, ölkəni təhqir etdiyi video ilə bağlı fikrini bölüşüb.
Bizim.Media xəbər verir ki, Xəyyam sözügedən videonu paylaşaraq bunu özünə təhqir kimi qəbul etdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Məşhur repçidən Azərbaycanla bağlı ədəbsiz hərəkət
Əməkdar artist Dövlət başçısına müraciət edərək, Navainin ölkəyə girişinə məhdudiyyət qoyulmasını rica edib.
“Bu artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi. Ay, Vətən xaini!!! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni “fahişəxana” adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr! Etmir!
Bunu öncə, bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirem. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də Bizim Dövlət başçımızdan rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün Xalqımız bu fikrə dəstək olacaq!”, - deyə Xəyyam əlavə edib.
Bizim.Media