Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Hazırda oxunan: Yayım tarixi bəlli oldu

582792

Show TV-nin yeni serialı "Rüya Gibi"nin yayımlanma tarixi açıqlanıb. Serialda Seda Bakan, Uğur Güneş, Emre Bey və Şebnem Bozoklu kimi aktyorlar rol alır.

Bizim.Media xəbər verir ki, "Rüya Gibi" serialı 2 dekabr saat 20:00-da izləyicilərlə görüşəcək.

Aydan (Seda Bakan) İstanbulun sadə bir məhəlləsində saç ustası işləyərkən gözlənilmədən özünü lüks bir gözəllik mərkəzinin başında tapır. 

Mərkəzin arxasında duran və heç kimin tanımadığı sirli iş adamı Emir (Uğur Güneş)dir. Aydan, bu yeni dünyaya uyğunlaşmağa çalışarkən, yetimxanada böyümüş, asi ruhlu Çiğdem (Ahsen Eroğlu) ilə ortaq işləmək məcburiyyətində qalır və onun yaratdığı problemlərlə üzləşir.

Emirin peşində olan cəsur komissar Efe (Emre Bey) həm Çiğdemlə, həm də Aydanın işlədiyi mərkəzlə yolları kəsişdikdə hadisələr daha da qarışır.

Bütün bu xaosda Aydanın ən böyük dəstəyi yaxın dostu manikür ustası Fiko (Şebnem Bozoklu) olur. Digər tərəfdən, Aydanın keçmiş əri Tarık (Celil Nalçakan) onun yeni həyatını qəbul etməkdə çətinlik çəkir və yaratdığı vəziyyətlər Aydanın işini daha da mürəkkəbləşdirir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO