Müğənnilər Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasındakı qalmaqal böyüyür.
Bizim.Media xəbər verir ki, Tacir “Rəngarəng” proqramında qonaq olarkən Əminədən danışıb.
Bundan əlavə aparıcı Zaur Nəbioğlu Tacirin də ifa etdiyi “Ölüm haqdır” mahnısını Əminənin yutubdan sildirə biləcəyini bildirib.
Bu zaman T. Şahmalıoğlu Ə. Şirinə sərt reaksiya verib:
“Əminə xanımı tanımaq istəyirəm ki, görüm kimdir. Onu tanımıram. Axı mənlə bir yerdə olmamısan, səmimiyyətimi harada gördün ki? Sən o mahnını yutubdan sildirsən, bu sənətdən gedərəm. Onu etməyə gücün çatmaz”.
Qeyd edək ki, sözügedən mahnını mərhum meyxanaçı Elnur Valeh yazıb, ilk ifaçısı isə Əminədir. Əminə rəsmi şəkildə mahnının müəllif hüquqlarını aldığını bildirib.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:05 / 27.11.2025
Mahnı qalmaqalı BÖYÜDÜ: “Əminə bunu etsə, sənətdən gedərəm!” - VİDEO
Hazırda oxunan: Mahnı qalmaqalı BÖYÜDÜ: “Əminə bunu etsə, sənətdən gedərəm!” - VİDEO
Hazırda oxunan: Mahnı qalmaqalı BÖYÜDÜ: “Əminə bunu etsə, sənətdən gedərəm!” - VİDEO
582687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































