Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Hazırda oxunan: Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

582463

Amerikalı aktrisa, 1990-cı illərin sonunda seks simvolu Tara Rid Çikaqoda hoteldə huşsuz vəziyyətdə tapılıb.

Bizim.Media xəbər verir ki, 50 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib. Onun internetdə yayılan görüntülərində danışmaqda çətinlik çəkdiyi, ayaqüstə dura bilmədiyi əks olunub.

Hadisə ictimailəşdikdən sonra Tara Rid açıqlama yayaraq, barda olarkən naməlum şəxslər tərəfindən içkisinə nəsə qatıldığını iddia edib.
 

Onun sözlərinə görə, o, şənbə günü gecə hotelə yerləşdikdən sonra içki içmək üçün bara düşüb. Siqaret çəkmək üçün lobbiya çıxdığı zaman bir qrup yutub kontent yaradıcısı ilə qarşılaşıb və onlardan biri ona qoşulub.


Bara qayıtdıqda isə içkisinin üzərinin salfetlə örtüldüyünü görüb. Rid bildirir ki, içkini qəbul etdikdən sonra xatırladığı növbəti an xəstəxanada ayılması olub.

Aktrisa başına gələn hadisənin araşdırılmasını istəyərək, təhlükəsizlik xidmətlərinə müraciət edib. (Axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO