Bir müddət qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva son zamanlar sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Mədəni şou” verilişində açıqlama verən aktrisa qalmaqalda adının hallanmasına görə medianı günahlandırıb.
“Qalmaqalı mən yaratmıram, media şişirdir. Yadıma gəlmir ki, kiminləsə istəyərək qalmaqal yaradım. Mən gözəl deyiləm, mediatikəm. Qalmaqallı olmağımın səbəbi çox ortalıqda olmağım idi. Sosial şəbəkələrdən uzaqlaşmağım bunun qarşısını alıb. Sosial şəbəkələrdə çox olurdum, gündəlik həyatımı göstərirdim, gəzdiyim şəhərlərdən tez-tez paylaşımlar edirdim. Bu da qıcıq doğururdu. Öz fikrimi bildirirdim, neqativ doğururdu”, - o bildirib.
Xatırladaq ki, Pərvin Abıyeva müğənni Səidə Sultanla arasında “Maşın” şou zamanı yaşanan qalmaqal zamanı efirdə söyüş söyməsi ilə gündəmə gəlmişdi.
Eyni hal "TikTok"da canlı yayım zamanı aparıcı Azər Zahidlə də yaşanmışdı. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:28 / 25.11.2025
Pərvin Abıyeva sosial şəbəkələrdən niyə uzaqlaşıb? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Pərvin Abıyeva sosial şəbəkələrdən niyə uzaqlaşıb? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Pərvin Abıyeva sosial şəbəkələrdən niyə uzaqlaşıb? – Özündən AÇIQLAMA
582303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































