“Musiqi bazarı yoxdur, bazar onda olar ki, bəstəkarlardan mahnı alarlar. Bazar çoxdan dağıdılıb.
“Bayağı” deməzdim, tərbiyəsiz deyərdim. Bayağı onun yanında hörmətli musiqidir”.
Bizim.Media xəbər verir ki, bunu“Afaqla onlar” verilişində Əməkdar artist Elza Seyidcahan bildirib.
“Qara Qarayev bu dəhşəti bilsəydi, bunu “bayağı” adlandırmazdı, başqa termin deyərdi. Çox biabırçı... Tərbiyəsizlikdir. Sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Cəsarətləri qalmayıb. Cəsarət bizik. Əzm də bizdədir, sənətimizi qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm övlad, həm də nənəyik. Səhnədə öz yerimiz var, heç vaxt satılmadıq. Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır. Anam bizə elə tərbiyə verib ki, milyon kişinin içində otura bilərəm, amma mən orda özümü qorumalıyam”, - sənətçi qeyd edib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:11 / 25.11.2025
Elza Seyidcahan: “Milyon kişinin içində otura bilərəm, amma …”
Hazırda oxunan: Elza Seyidcahan: “Milyon kişinin içində otura bilərəm, amma …”
Hazırda oxunan: Elza Seyidcahan: “Milyon kişinin içində otura bilərəm, amma …”
582291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































