"Nigar qeyri-səmimidir" - Elçindən SƏRT SÖZLƏR

"Nigar qeyri-səmimidir" - Elçindən SƏRT SÖZLƏR

Hazırda oxunan: "Nigar qeyri-səmimidir" - Elçindən SƏRT SÖZLƏR

582192

Müğənni Elçin Cəfərov həmkarı Nigar Camalın onun səsini tanımamasını tənqid edib.

Bizim.Media xəbər verir ki, "Afaqla 10lar" verilişində Nigarın mahnısı səsləndirilib və səsin tanınıb, tanınmaması soruşulub.

Nigarın ifasını eşidən Elçin əsəbiləşib:

"Səsini tanıdım, amma axırıncı dəfə olsun. Verilişə baxmışdım. İnsandır səs tanımaya bilər.

Adı ki... Bir-birimizin adını eşitmişik. Mahnısını da eşitməmişəm. Neçə dəfə tədbirdə qarşılaşmışıq. Yaxın tanışlarımız var ki, ikimizlə də çalışıb.
 

Müğənnilərdə arada belə şeylər olur: ya tanımır, ya da tanımağı özünə sığışdırmır. Estrada müğənnisi "bayağı mahnı" oxuyanı tanımaq istəmədiyi üçün deyir.


Qeyri-səmimidir. Xoşuma gəlmədi. Səbəbini özü desin".

Qeyd edək ki, Nigar Elçinin səsini eşidəndə onu tanımadığını deyərək "Şipşirin bozbaş?" reaksiyasını verib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO