Ülkər Yaşarqızı: “Bacımın ölümünü qızından 3 gün gizlətdik” - VİDEO

Ülkər Yaşarqızı: “Bacımın ölümünü qızından 3 gün gizlətdik” - VİDEO

Hazırda oxunan: Ülkər Yaşarqızı: “Bacımın ölümünü qızından 3 gün gizlətdik” - VİDEO

582179

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı Ülviyyənin vəfatından sonra ilk dəfə efirə çıxıb.

Bizim.Media xəbər verir ki, Ülkər “Elgizlə izlə”də qonaq olarkən bacısı qızı Gülnardan da söz açıb:

“Qızından 3 gün gizlətdik, sonra fikirləşdim ki, haradasa qarşısına çıxar. Bizdən eşitməyi daha yaxşıdır. Anam ona dedi, uşaq iki gün şokdan ayılmadı, biz ona izah edirik, çox güclüdür, ağıllı qızdır.
 

Dəridən-qabıqdan çıxmışam, nəsə alıb gətirirəm, dedi ki, “xala başa düşmürsən, bunlar anamın sevgisini əvəz edə bilməz, sadəcə anamın koftasını verin”. Gəlincik aldıq, ona geyindirib. Həmin gecə bacım özü zəng etmişdi, dedi, “anam gəlsin”.


Sonra Gülnar zəng etdi ki, “xala, anamın yıxılmaq səsinə oyanmışam”, kameranı çevirdi, baxdım ki, yerdə uzanıb. Bacım qızına dedim ki, qonşunu çağır, o da həkimdir, gəlib ürək masajı edib.

Mənlə danışanda dedi ki, “təzyiqim 100-ün 70-ədir”, amma ölçüblər ki, 40-ın 25-ə düşüb. Ülviyyə çox emosional idi, ailəsinə bağlı idi”.

Ülkər həmçinin bacısı ilə həyat yoldaşının ayrılığından da söz açıb:

“Bacım onu çox sevirdi, uşaq da atasını istəyir. Bu, Ülviyyə ilə həyat yoldaşı arasında olan problem idi. O da çox peşimandır, deyir, “kaş, belə olmazdı”.

Bacım ondan aliment istəmirdi. Tamam başqa cür qız idi, mənimlə onun arasında çox fərq var idi. 15-i bacım dünyasını dəyişdi, 22-i atamın ölüm ildönümüdür, ad günləri arasında da eyni fərq var”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO