“Şaka” vəfat etdi – FOTO

“Şaka” vəfat etdi – FOTO

Hazırda oxunan: “Şaka” vəfat etdi – FOTO

582096

Azərbaycanda “Şaka” kimi tanınan Hind kinosunun “He-Man”ı, aktyor Dharmendra bu səhər erkən saatlarda Mumbaidə 90 yaşında dünyasını dəyişib. 

Bizim.Media “Bollywood Hungama”ya istinadən xəbər verir ki, cazibə, güc və həssaslığın nadir vəhdətini özündə birləşdirən Dharmendra, hərəkətlə emosiyanın bir araya gəldiyi bütöv bir dövrün simasına çevrilmişdi.

Onun həm ekran, həm də real həyatda Hema Malini ilə olan münasibəti Bollywood tarixinin ən unudulmaz sevgi hekayələrindən biri kimi qalır.

Dharmendranın sənət dünyasında ilk böyük uğuru Filmfare tərəfindən təşkil olunan istedad müsabiqəsində qalib gəlməsi ilə başladı. Bu, onun Mumbayə köçərək kino aktyoru kimi şansını sınamasına təkan verdi.
 

O, ilk böyük rolunu Arjun Hingoraninin “Dil Bhi Tera Hum Bhi Tere” (1960) filmində aldı. Lakin onun karyerasında ilk böyük uğur “Shola Aur Shabnam” (1961) filmi ilə gəldi. Ardınca “Anpadh” (1962) və Bimal Roy-un klassiki hesab edilən “Bandini” (1963) gəldi. Bu nöqtədən sonra Dharmendra “Haqeeqat”, “Sholay”, “Chupke Chupke”, “Satyakam”, “Anupama”, “Dharam Veer” və “The Burning Train” kimi zamanın sınağından çıxmış saysız-hesabsız ekran əsərlərində rol aldı və hər biri onun aktyor sənətinin fərqli bir tərəfini nümayiş etdirdi.


Ulduz statusunun fövqündə, o həm də sadəliyi, mehribanlığı və poetik ruhu ilə sevildi. Dharmendra arxasında həyat yoldaşı Hema Maliniyi, oğulları Sunny və Bobby Deolu, qızları Esha və Ahana Deolu, eləcə də nəvələrini qoyub getdi.

Hind kino sənayesinin dörd bir yanından gələn başsağlığı mesajları arasında Dharmendranın itkisi, Hind kinosunun qızıl bir dövrünün bağlanması kimi qiymətləndirilir. Onun irsi Hind kino tarixinin hər kadrında parıldamaqda davam edəcək.

Qeyd edək ki, Dharmendra ölkəmizdə sevilən “Bollivud” aktyorlarından olub. O, “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmləri ilə tanınır.

Xatırladaq ki, Dharmendra “Zita və Gita”dakı tərəf müqabili Hema Malini ilə evli olub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO